Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Aprelin 6-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 55, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 7 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində ümumi çəkisi 1,8 kiloqramdan artıq və 33 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 qumbara, 10 tüfəng, 3 patron darağı və 67 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

törətməkdə şübhəli 44 nəfər də saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax