Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə kənd təsərrüfatı məhsullarının daşınması davam edir. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, növbəti mərhələdə Ermənistana 2 vaqon gübrə və 2 vaqon buğda göndərilməsi nəzərdə tutulub.
Yük qatarı saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından hərəkətə başlayacaq. Qatar Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstan ərazisinə daxil olacaq və oradan Ermənistana çatdırılacaq.