Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan sosial-iqtisadi inkişafa 6 milyard manat xərcləyib

1 dəq
Paylaş:
Azərbaycan sosial-iqtisadi inkişafa 6 milyard manat xərcləyib

Ötən il "2022–2026-cı illərdə sosial- Strategiya"sının icrasına 5 milyard 919,1 xərcləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Qanun layihəsinə əsasən, ayrılmış vəsaitin 4 milyard 454,9 milyon və yaxud 75,3 %-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri, 594,4 milyon manatı və yaxud 10 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri, 450,6 milyon manatı və yaxud 7,6 %-i dövlət büdcəsindən və maliyyə yardımı alan bir sıra təşkilatların büdcələri, 419,2 milyon manatı və yaxud 7,1 %-i isə strategiyanın layihələrinin maliyyələşdirilməsi xərcləri olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax