AZAL-ın İstanbul-Bakı reysi texniki səbəbdən təxirə salınıb

AZAL-ın İstanbul-Bakı reysi texniki səbəbdən təxirə salınıb
02.09.2023 10:47
Aa
dəq

"Azərbaycan Hava Yolları" aviaşirkətinin 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib.

Məlumata görə, reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır.

Həftənin ən çox oxunanları