Operativ Məlumat Mərkəzi

ASCO-nun gəmi kapitanı vəfat edib

1 dəq
Paylaş:
ASCO-nun gəmi kapitanı vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Fikrət Əmirov” gəmisinin matrosu Hamlet Rzazadə vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, o, 6 may 1968-cı ildə Lerik rayonunda anadan olub, 1986-cı ildə matros-motorçu ixtisası üzrə Bakı Dənizçilik Məktəbini bitirib.

H.Rzazadə 1988-ci ildə matros kimi üzən heyətin sıralarına qoşulub, son iş yerinə qədər “Şair Sabir”, “Hüseyn Cavid”, "Qara Qarayev", "Azərbaycan" gəmilərində 1-ci dərəcəli matros və matros vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaş

Oxşar xəbərlər