Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu artıq ödənişli rejimdə fəaliyyət göstərir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yol mövcud olduqda, ödənişli avtomobil yollarının istismarına icazə verilir.
Agentlik bildirir ki, sürücülərin seçim imkanını təmin etmək məqsədilə Zəfər Yolu ödənişsiz alternativ marşrut kimi müəyyən edilib. Beləliklə, hərəkət iştirakçıları öz seçimlərinə uyğun olaraq aşağıdakı iki variantdan birini istifadə edə bilərlər:
- Ödənişli əsaslarla fəaliyyət göstərən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu;
- Ödənişsiz alternativ marşrut olan Zəfər Yolu.