Rumıniyanın hakim koalisiyasındakı ən böyük siyasi qüvvə olan Sosial Demokrat Partiyası ("PSD") cümə axşamı bütün nazirlərini hökumətdən geri çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Bu siyasi addımın əsas hədəfləri belədir: Baş nazir İlie Bolojanı istefa verməyə məcbur etmək. Hökumətin idarəetmə qabiliyyətini məhdudlaşdırmaq.
Nəticə etibarilə, "PSD"-nin bu qərarından sonra mövcud Rumıniya hökuməti parlamentdə azlıq təşkil edir və siyasi böhranla üz-üzə qalıb.