Operativ Məlumat Mərkəzi

Mirzoyan Brüsselə gedir

1 dəq
Paylaş:
Mirzoyan Brüsselə gedir
bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah iki günlük səfərlə Brüsselə yola düşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

Müzakirələrdən sonra Ermənistan xarici işlər naziri, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər.

Dekabrın 3-də nazir Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər