Avropanın bir çox ölkəsində davam edən etirazlara qatılan ispan fermerlər ölkə daxilində traktorları ilə yol blokadası təşkil ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Fermerlər İspaniyanın Sevilya, Toledo, Qranada, Huelva, Saraqosa, Syudad Real, Valensiya, Malaga, Mursiya, Tarraqona, Lleida və Madrid kimi bir çox şəhərlərində magistral yollara çıxıb, traktorları ilə nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
Fermerlərin etiraz aksiyaları dinc xarakter daşısa da, ölkə daxilində mühüm magistral yollarda nəqliyyatın hərəkətinin dayandırıldığı müşahidə edilib.
Rəsmilər etirazların səbəbinin AB-nin kənd təsərrüfatı siyasətlərində çeviklik, Aİ üzvü olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlər və sərt nəzarət, quraqlıq probleminə qarşı yardımın artırılması, qida zəncirinə nəzarətin və tarlalardan bazarlara qədər qanunların gücləndirilməsi, fermerlərin sığorta hüquqlarının genişləndirilməsi olduğunu qeyd ediblər.
Xatırladaq ki, fermer etirazları Fransada yaranaraq digər ölkələrə sirayət edib.
Bu ölkədə də fermerlər traktorları ilə yolları bağlayıblar
Oxşar xəbərlər
Avropa xəbərləri
Ankarada NATO sammiti: Müdafiə xərcləri və yeni hədəflər müzakirə olunacaq
Avropa xəbərləri
Avropa Xarici Fəaliyyət Xidmətində böhran: "Hyuston, bizdə problem var"
Avropa xəbərləri
ABŞ-də anomal istilər elektrik enerjisi sistemində fövqəladə rejimə səbəb olub
Avropa xəbərləri
Mark Rutte NATO-nun qarşısındakı əsas vəzifəni açıqladı
Eyni mövzuda
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
Mark Rutte Donald Trampın yumor hissini yüksək qiymətləndirdi
Avropa xəbərləri
İtaliyada isti havadan daha 4 nəfər öldü
Avropa xəbərləri
Avropada Kaya Kallasın fəaliyyəti tənqid olunur: Əsas səhvlər nələrdir?
Avropa xəbərləri