Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram tərəfindən 10 il əvvəl girov götürülən 387 nəfərin xilas edildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Borno əyalətində həyata keçirilən "Desert Sanity 111" əməliyyatının komandanı Haruna Diva verdiyi açıqlamada ordunun terrorçuların gizləndiyi Sambisa meşəsində əməliyyat keçirdiyini bildirib.
Ordunun ölkədə təhlükəsizliyi təmin etməkdə qərarlı olduğunu ifadə edən Diva, "Bizim səyimiz Sambisadakı terror qalıqlarını təmizləmək və istəyənlərə təslim olmaq imkanı verməkdir. Bu əməliyyatla onların çoxunun təslim olacağını təxmin edirik",- deyə qeyd edib.
Nigeriyada 10 il əvvəl Boko Haram tərəfindən girov götürülən 387 nəfər xilas edilib
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
Böyük Britaniya kral ailəsində “yerləşmə” böhranı: Şahzadə Harri sarayda qalmayacaq
Digər
Trampın “qırmızı kart” zəngi: FİFA-nın qərarı futbol dünyasında siyasi qalmaqala səbəb oldu
Digər
Venesuelada dağıntılar altından 32 saat sonra sağ çıxan qız: Ketçap və pendir sayəsində sağ qaldım
Digər