Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcəyik”

2 dəq
Paylaş:
“Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcəyik”

Serbiyanın iqtisadi məsələləri üzrə naziri Nenad bəyan edib ki, ölkəsi güclü xarici təzyiqlərə , Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Biz Rusiyaya qarşı sanksiya tətbiq etməmişik və heç vaxt da tətbiq . Üzərimizdə çox böyük təzyiqlər, hətta siyasi təhdidlər var. Lakin biz mövqeyimizdə qətiyyətliyik və dostlarımızın kim olduğunu bilirik", – deyə nazir bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Serbiyanın əsas iqtisadi tərəfdaşı olaraq qalır, lakin mövcud vəziyyət dəyişir.

"Ölkənin enerji sektoru böyük ölçüdə Rusiyadan asılıdır. Ən etibarlı qaz tədarükünü və ən əlverişli şərtləri məhz Rusiyadan alırıq", – o vurğulayıb.

Popoviç əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır və iqtisadi əlaqələr ümumilikdə böyük əhəmiyyət daşıyır.

Nazir sanksiyaları ən ədalətsiz alət adlandıraraq onların heç bir nəticə vermədiyini iddia edib.

"Heç bir ölkə sənaye suverenliyi olmadan dövlət suverenliyindən danışa bilməz. Hamı sanksiyaların ləğvini gözləyir, çünki Rusiya bazarının böyük perspektivlər vəd etdiyini anlayır", – Popoviç vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax