Kanadanın baş naziri Castin Trüdo general-leytenant Cenni Karinyanı Baş Qərargah rəisi təyin edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bununla da ölkədə ilk dəfə olaraq qadın Baş Qərargah rəisi olub.
“Karyerası boyu onun görkəmli liderlik keyfiyyətləri, mükəmməlliyə sadiqliyi və xidmətə sədaqəti silahlı qüvvələrimiz üçün böyük sərvət olub”, - deyə Trüdo bildirib.
Qeyd edək ki, hərbi mühəndis olan Karinyan hərbi xidmətdə olduğu 35 il ərzində Əfqanıstan, Bosniya-Hersoqovina, İraq və Suriyadakı bölmələrə komandanlıq edib.
Kanadada ilk dəfə olaraq qadın qərargah rəisi təyin edilib
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
Böyük Britaniya kral ailəsində “yerləşmə” böhranı: Şahzadə Harri sarayda qalmayacaq
Digər
Trampın “qırmızı kart” zəngi: FİFA-nın qərarı futbol dünyasında siyasi qalmaqala səbəb oldu
Digər
Venesuelada dağıntılar altından 32 saat sonra sağ çıxan qız: Ketçap və pendir sayəsində sağ qaldım
Digər