Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Haitidəki zorakılıqlar səbəbiylə son bir həftədə 15 min adamın didərgin düşdüyünü açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Köçkün ailələrin yaşadığı travmaya diqqət çəkən açıqlamada təcili olaraq qida, su, sağlamlıq xidmətləri və psixoloji dəstəyə ehtiyac olduğu və Port-au-Prinsdə 160 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı ifadə edilib.
"Haitidə insanlar layiqli həyat sürə bilmirlər, qorxu içində yaşayırlar. Bu vəziyyət hər gün və hər saat davam edir, travma daha da pisləşir", - təşkilatın zabiti Philippe Branchat deyib.
BMT: "Haitidə son bir həftədə 15 min insan zorakılıqlar səbəbiylə didərgin düşüb"
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
Böyük Britaniya kral ailəsində “yerləşmə” böhranı: Şahzadə Harri sarayda qalmayacaq
Digər
Trampın “qırmızı kart” zəngi: FİFA-nın qərarı futbol dünyasında siyasi qalmaqala səbəb oldu
Digər
Venesuelada dağıntılar altından 32 saat sonra sağ çıxan qız: Ketçap və pendir sayəsində sağ qaldım
Digər