"İnter"in və İtaliya millisinin müdafiəçisi Françesko Acerbi Avro-2024-ün seçmə mərhələsində İngiltərəyə məğlubiyyətdən (1:3) sonra fikirlərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, aşağıdakıları deyib:
“İlk hissədə yaxşı oynadıq. Bəlkə də qalib gəlmək üçün özümüzə daha çox inanmalıydıq. İngiltərə yığmasında çox istedadlı gənc oyunçular var, amma bu, futbolda kifayət deyil. Onlara problem yarada bilərdik, amma ikinci hissədə ruhən yorğun görünürdük. Düşünürəm ki, iki dünya çempionatını buraxdıqdan sonra Avroya yüksəlməyə borcluyuq. Bunun baş verməyəcəyi barədə düşünmək belə istəmirəm. Biz Şimali Makedoniyaya qalib gəlməliyik, başqa yol yoxdur”.
İtaliya hazırda C qrupunda 3-cü yerdədir.
"Avropa çempionatına vəsiqə qazanmağa borcluyuq"
Oxşar xəbərlər
Futbol
İtaliya klubları "Real Madrid"in gənc müdafiəçisi ilə maraqlanır
Futbol
“Mançester Yunayted” dünya çempionatının parlayan ulduzunu heyətinə qatmaq istəyir
Futbol
Məhəmməd Salahın yeni klubu ilə bağlı qərarı nə vaxt açıqlanacağı məlum olub
Futbol