Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işini yekunlaşdırır. Tədbirin bağlanış mərasimi bu gün saat 15:00-da baş tutacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” tərəfindən verilən məlumata görə, tədbirlə bağlı nəqliyyat planlamasında dəyişiklik edilib. Belə ki, forum iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13-ün keçirildiyi məkana daşınması prosesi saat 13:00-dək həyata keçiriləcək.