Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tehranda Xamenei ilə vida mərasimi keçirilir

2 dəq
Paylaş:
Tehranda Xamenei ilə vida mərasimi keçirilir

İranın mərhum ali dini lideri Əli və ailə üzvlərinin cənazələri ilə Tehranın Azadi küçəsində izdihamlı mərasimi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, Quran ayələri həkk olunmuş qara örtüklə bükülən tabutların yerləşdirildiyi yük avtomobili İran İslam İnqilabı Keşikçiləri Korpusu () və hərbçilərin müşayiəti ilə hərəkət edib.

qüvvələri izdiham arasında dəfn korteji üçün yol açıb.

Şəhər meriyasının binasının damından 200-dən çox xarici jurnalist mərasimi izləyib.

Tədbirin təhlükəsizliyini minlərlə və hərbçi təmin edib.

İzdihamın qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları insanların hərəkətini nəzarətdə saxlayıb. Mərasimdə çoxlu sayda uşaqlı ailələr də iştirak edib.

Məlumata görə, Xameneinin cənazəsi Tehrandan sonra İranın əsas dini mərkəzi hesab olunan Qum şəhərinə aparılacaq.

İyulun 8-də isə cənazə İraqa göndəriləcək və Kərbəla ilə Nəcəfdə ayrıca vida mərasimləri keçiriləcək.

Qeyd edək ki, dəfn mərasiminin iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində, şiə müsəlmanlarının ən müqəddəs ziyarətgahlarından biri olan İmam Rza ziyarətgahında baş tutacağı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax