İranın paytaxtı Tehranda İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı iddialar fonunda genişmiqyaslı vida mərasimi təşkil edildiyi bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bazar ertəsi səhər saatlarında keçirilən mərasimdə dövlət rəsmiləri ilə yanaşı minlərlə vətəndaşın iştirak etdiyi iddia olunur.
Bildirilir ki, İran Prezidenti Məsud Pezeşkianın da izdihamlı yürüşə qatıldığı və mərhumla vida etdiyi qeyd edilir.
Qeyd olunur ki, “IRNA” agentliyinə istinadən yayılan məlumatlarda ölkə rəhbərliyi və ictimaiyyət nümayəndələrinin bir araya gələrək matəm mərasimində iştirak etdiyi bildirilir.
Lakin bu məlumatlarla bağlı İran rəsmiləri tərəfindən hələlik rəsmi təsdiq verilməyib.