Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

TƏBİB-in tabeliyindəki iki tibb müəssisəsinə yeni rəhbərlər təyin olunub

2 dəq
Paylaş:
TƏBİB-in tabeliyindəki iki tibb müəssisəsinə yeni rəhbərlər təyin olunub

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində kadr dəyişikliyi həyata keçirilib. Müvafiq əmrlərlə Sabunçu Tibb Mərkəzinə və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktorlar təyin olunub.

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Cavid Nazim oğlu Paşayev təyinat alıb. C.Paşayev 2007-ci ildə Tibb Universitetini (ATU) bitirib, 2007-2008-ci illərdə Kliniki Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. O, 2022-2025-ci illərdə yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

C.Paşayevin zəngin əmək təcrübəsi var:

  • 2009-2010-cu illərdə Avrasiya Klinikasında -anestezioloq-reanimatoloq;
  • 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq;
  • 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri;
  • 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini;
  • 2022-2023-cü illərdə Yeni Klinikada vəzifəsini icra edən baş həkim;
  • 2023-2024-cü illərdə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru.

O, həmçinin 2020-ci ildə Vətən Müharibəsi zamanı xidmətlərinə görə Fəxri Fərmanla, 2021-ci ildə isə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə isə Leylan Məhəmmədəli qızı Nəsirova təyin edilib. L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə nevropatoloq ixtisası üzrə internatura keçib. O, 2006-2011-ci illərdə Beyləqan RMX-də həkim-nevropatoloq, 2011-2022-ci illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının üzvü və sədri kimi fəaliyyət göstərib. 2022-ci ildən hazırkı təyinatına qədər isə həmin Agentliyin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax