“Azəriqaz” İB-nin yaydığı məlumata əsasən, paytaxtın Suraxanı rayonunda qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq. Buna səbəb kimi ərazidə aparılacaq təmir-bərpa və yenidənqurma işləri göstərilir.
Qaz təchizatındakı fasilə sabah saat 10:00-dan etibarən başlayacaq və işlər yekunlaşanadək davam edəcək. Məhdudiyyət aşağıdakı ünvanları əhatə edəcək:
- Suraxanı rayonu, Mərkəzi küçə;
- Suraxanı rayonu, S.Əliyev küçəsi.