Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı ünvanlayıb

2 dəq
Paylaş:
Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı ünvanlayıb

Xarici İşlər Nazirliyi (XİN) Çin Xalq Respublikasında baş verən mədən qəzası ilə əlaqədar başsağlığı verib. Nazirliyin rəsmi "X" sosial media hesabında yerləşdirilən paylaşımda hadisədən kədərləndikləri bildirilib.

Mətnə əsasən, Çinin Şansi əyalətindəki kömür mədənində çoxsaylı insan tələfatı və yaralanmalarla nəticələnən partlayışla bağlı dərin hüznlə başsağlığı ifadə olunub: "Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verir, yaralananların hamısına tezliklə və tam sağalma arzulayırıq. Xilasetmə və bərpa işlərində səlahiyyətli orqanlarla və fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq".

Qeyd edək ki, Çinin şimalında Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax