Türkmən xalqının Milli Lideri və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təbrik məktubunda aşağıdakı fikirlər yer alıb:
"Hörmətli İlham Heydər oğlu,
Sizi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Türkmənistan və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla vurğulayıram. Əminəm ki, iki ölkə arasındakı münasibətlər qardaş xalqlarımızın rifahı naminə gələcəkdə də genişlənəcək və möhkəmlənəcək.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram".