Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

2 dəq
Paylaş:
Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi nəticəsində saxlanılan sabiq icra başçısı Musa barəsində seçilmiş həbs qətimkan tədbiri 6 ay müddətinə uzadılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat üzrə qərar qəbul olunub.

Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində keçirib.

Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

2025-ci il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 2025-ci ilin 14 oktyabrında Musa Şəkiliyevin həbs 4 ay müddətində, 2026-cı ilin 13 fevralında isə həbs müddəti 5 ay müddətində uzadılıb.

İlham Əliyevin 2025-ci ilin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax