Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra məhkəmələrdə sədrlərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınmaqla, ölkə Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Qanunun müvafiq maddələrinə uyğun olaraq aşağıdakı təyinatlar həyata keçirilib:
Apellyasiya məhkəmələri üzrə sədrlər:
- Mübariz Dosməmməd oğlu Əkbərov – Bakı Apellyasiya Məhkəməsinin sədri;
- Tofiq Temir oğlu Paşayev – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri;
- Nuru Nadir oğlu Quliyev – Şəki Apellyasiya Məhkəməsinin sədri;
- Vəli Əsgər oğlu Abdullayev – Şirvan Apellyasiya Məhkəməsinin sədri.
Ağır cinayətlər məhkəmələri üzrə sədrlər:
- Rəşad Şəmşir oğlu Əliyev – Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri;
- Rafail Əyyub oğlu Əliyev – Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri.
Sərəncama əsasən, həmçinin aşağıdakı təyinatlar və yerdəyişmələr edilib:
- Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib.
- Zaur Arif oğlu Hacıyev və Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifələrindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunublar.
- Azər Ramiz oğlu Tağıyev Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.
- Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin olunub.
- Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.
- Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
- Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin olunub.
- Şəhriyar İbrahim oğlu Əliyev Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
- Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.