Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2026-cı il üzrə Azərbaycanın elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç şəxs Dövlət Mükafatı ilə təltif olunub.
Mükafat alan şəxslər və layiq görüldükləri işlər aşağıdakılardır:
- Elm sahəsi üzrə: Asəf Hacı oğlu Hacıyev – "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabına görə;
- Elm sahəsi üzrə: Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə;
- Mədəniyyət sahəsi üzrə: Eldar Hidayət oğlu Mikayılzadə – "Azərbaycan xalçası – ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixinə görə.