Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Polşada ukraynalıların yerli sakini öldürməsi ilə bağlı Kiyevdən reaksiya

2 dəq
Paylaş:
Polşada ukraynalıların yerli sakini öldürməsi ilə bağlı Kiyevdən reaksiya

Polşanın Bıtuv şəhərində yerli cütlüyə qarşı baş verən hücumla bağlı Ukraynanın Polşadakı səfiri açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Do Rzeczy” nəşrinin məlumatına görə, səfir baş hadisəni kəskin şəkildə pisləyərək, sivil cəmiyyətdə bu cür zorakılığa yer olmadığını bildirib.

Vasili qeyd edib ki, heç kimin başqasının həyatına son qoymağa haqqı yoxdur. Onun sözlərinə görə, hüquqi dövlətdə hər bir şəxs yalnız günahı sübuta yetirildikdən sonra törətdiyi cinayətə görə ədalətli şəkildə cəzalandırılmalıdır.

Məlumata görə, iyulun 9-da Bıtuv şəhərində baş verib. Üç ukraynalıdan ibarət qrupun yerli cütlüyə hücum etməsi nəticəsində ağır xəsarət alan polşalı kişi həyatını itirib. Hazırda hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, bu, son dövrlər Polşada qeydə alınan ilk belə hadisə deyil. Daha əvvəl də ölkədə milliyyət zəminində qarşıdurmalar yaşanıb. Belə ki, bir polşalı vətəndaş öz həmvətənini ukraynalı hesab edərək ona fiziki zorakılıq göstərmiş, baş nahiyəsinə iki zərbə endirmiş və Polşada yerinin olmadığını bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax