Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, bölgədə 6,4 bal gücündə yeraltı təkanlar baş verib.
Bildirilib ki, zəlzələnin episentri Lorengau şəhərindən təxminən 191 kilometr cənub-şərqdə, Sakit okeanın akvatoriyasında yerləşib.
Mütəxəssislərin məlumatına görə, zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölən və ya xəsarət alan olmayıb, hər hansı dağıntı barədə də məlumat daxil olmayıb. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.