Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Müctəba Xamenei: İsrail 15 ildən sonra mövcud olmayacaq

1 dəq
Paylaş:
Müctəba Xamenei: İsrail 15 ildən sonra mövcud olmayacaq

İranın ali Müctəba ziyarəti ilə bağlı yaydığı mesajda İsrailin önümüzdəki 15 il ərzində varlığına son qoyulacağını iddia edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, sözügedən bəyanat İran mətbuatında dərc olunub.

Qeyd edək ki, Müctəba Xamenei ali lider vəzifəsinə gəldikdən sonra ictimaiyyət qarşısında hər hansı bir görüntüsü və ya səs yazısı yayımlanmayıb. Mesajda İslam Respublikasının keçmiş ali lideri Əli Xameneinin illər əvvəl səsləndirdiyi “İsrail növbəti 25 ili görməyəcək” fikrinə də istinad edilib.

Sənəddə İsrail dövləti aşağıdakı ifadələrlə xarakterizə olunub:

  • “Qeyri-sabit sionist rejim”
  • “Xərçəng şişi”

Mətnin davamında İsrailin “lənətlənmiş varlığının son mərhələlərinə yaxınlaşdığı” vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax