Meksika Dünya Şəhərsalma Forumunun 14-cü sessiyasına (WUF14) hazırlıq mərhələsinə qədəm qoyur. Bu barədə məlumatı Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında açıqlayıb.
Səfir qeyd edib ki, Meksika nümayəndə heyəti forum çərçivəsində əldə olunan təcrübəni ölkələrinə apararaq, növbəti tədbirin yüksək səviyyədə təşkili istiqamətində fəaliyyətə başlayacaqlar.