Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Dövlət başçısını və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən M.Sandu, ölkəsinin Azərbaycanla münasibətlərə verdiyi önəmi vurğulayıb.
Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram."
Moldova Prezidenti Cənubi Qafqazda davamlı sülhün bərqərar olacağına ümidvar olduğunu bildirib: "Biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur. Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirəm."
Məktubun sonunda Maya Sandu ən yüksək ehtiramını ifadə edib.