İran dövlət televiziyası son 24 saat ərzində 32 gəminin Hörmüz boğazından keçməsinə icazə verildiyini bəyan edib. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, gəmilərin hərəkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması və müvafiq dənizçilik qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Məlumata əsasən, keçid icazəsi alan gəmilər arasında beş supertanker də var. Həmin tankerlər SEPAH donanmasının nəzarəti və razılığı ilə strateji su yolunu keçiblər. İran tərəfi bölgədə təhlükəsizlik və nəzarət tədbirlərinin davam etdirildiyini vurğulayıb.
Mütəxəssislər bölgədəki gərginlik fonunda bu addımın qlobal enerji bazarları üçün əhəmiyyətli olduğunu bildirirlər. Qeyd edək ki, Hörmüz boğazı dünya neft və qaz daşımaları üçün ən vacib strateji marşrutlardan biri sayılır.