İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması son sutka ərzində 31 kommersiya gəmisinin, o cümlədən tanker və konteynerdaşıyanların Hörmüz boğazından maneəsiz keçdiyini bəyan edib. “Mehr” agentliyinin yaydığı məlumata görə, gəmilərin hərəkəti İİKK-nın dəniz qüvvələri tərəfindən tənzimlənib. Qurum ABŞ qüvvələrinin bölgədəki fəaliyyətini “təcavüz” və “qeyri-sabitlik yaradan amil” kimi qiymətləndirərək, qlobal ticarətin davamlılığını qorumağa çalışdıqlarını vurğulayıb.
İranın Hörmüz boğazı üzrə məsul administrasiyası mayın 20-də su yolundan istifadə üçün xüsusi koordinasiya və icazənin vacib olduğunu xatırladıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə mayın 21-də fərqli bir mövqe ortaya qoyub. Məlumata əsasən:
- Bölgədə nəzarət tədbirləri davam etdirilir.
- Mayın 21-nə olan məlumata görə, 94 ticarət gəmisinin marşrutu dəyişdirilib.
- Blokada rejimini pozduğu iddia edilən 4 gəmi sıradan çıxarılıb.