"Qaz təchizatı haqqında" 8 iyul 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar "Dövlət rüsumu haqqında" və "Energetika haqqında" qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni "Qaz təchizatı haqqında" qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir (18.59-cu maddə ləğv edilir).
Eyni zamanda "Energetika haqqında" qanunda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.