Çinin şimalındakı Şansi əyalətində torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, üç nəfər yaralanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli fövqəladə xidmətlər məlumat yayıb.
Hadisə Lyoss yaylasında yerləşən Linfen şəhər dairəsinin Xuntun qəzasının Xaoyi kəndində baş verib. çöküntü nəticəsində yaşayış evi tamamilə torpaq altında qalıb.
Axtarış-xilasetmə əməliyyatı zamanı polis əməkdaşları, yanğınsöndürənlər və tibb işçiləri dağıntılar altından səkkiz nəfəri çıxarıblar. Onlardan beşi həyat əlaməti olmadan tapılıb, üçü isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.