Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi Vinçentso İtalyano olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Klub italiyalı məşqçi ilə anlaşdıqlarını açıqlayıb.
Qeyd edək ki, "Beşiktaş" sabiq baş məşqçisi Sergen Yalçınla ötən ay yolları ayırmışdı.