Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

3 dəq
Paylaş:
BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

Baş Dövlət İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər:

"Bu da yol- hadisələrinin başvermə riskini artırır. Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edir. Digər sürücülərə isə nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamağı, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr verərək istirahət etməyi, özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmalıdır".

Qeyd olunub ki, sürət həddinə riayət etmək, riskli manevrlərdən çəkinmək, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamaq və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmaq məsləhət görülür.

BDYPİ bütün sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax