Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın beynəlxalq məhkəmə əməkdaşlığındakı fəaliyyəti Avropada yüksək qiymətləndirilib

2 dəq
Paylaş:
Azərbaycanın beynəlxalq məhkəmə əməkdaşlığındakı fəaliyyəti Avropada yüksək qiymətləndirilib

Lüksemburq şəhərində Avropa Assosiasiyasının növbəti illik toplantısı baş tutub. Ali Məhkəmədən verilən məlumata görə, tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev təmsil olunublar.

Avropa İttifaqı Ədalət Məhkəməsində 39 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ötən il Bakıda təşkil olunan Hakimlər Assosiasiyasının 67-ci Baş Asambleyasının yüksək səviyyədə təşkili xüsusi qeyd edilib və Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Toplantı çərçivəsində aşağıdakı məsələlər müzakirə edilib:

  • Üzv dövlətlərdə hakimiyyətinin fəaliyyəti və müstəqilliyinin təminatı ilə bağlı vəziyyət;
  • Polşada Konstitusiya Məhkəməsi hakimlərinin fəaliyyətinə maneələrin aradan qaldırılması və Yunanıstanda məhkəməyə hörmətsizlik hallarının qarşısının alınması ilə bağlı qətnamələrin qəbulu;
  • Macarıstan, Litva, Rumıniya və digər ölkələrdə hakimlərin müstəqilliyi ilə bağlı narahatlıq doğuran problemlər.

Bundan əlavə, Avropa Hüquq Akademiyası, Avropa Məhkəmə Şuraları Şəbəkəsi və Avropa Ədliyyə Təlim Şəbəkəsinin rəhbər heyətləri öz təqdimatları ilə çıxış ediblər. Tədbir çərçivəsində iştirakçılar Avropa İttifaqı Ədalət Məhkəməsinin işi ilə tanış olub, həmçinin təşkilatın rəhbər heyəti Lüksemburq Böyük Hersoqu V Giyom tərəfindən qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax