ABŞ ordusu İrana qarşı aparılan hərbi əməliyyatlar çərçivəsində 20-dən çox MQ-9 Reaper tipli ağır kəşfiyyat və hücum dronunu itirib. "Bloomberg" agentliyinin məlumatına görə, bu rəqəm Pentaqonun müharibədən əvvəlki dron arsenalının təxminən 20 faizini əhatə edir və dəyən maddi ziyan təxminən 1 milyard dollar qiymətləndirilir.
Mənbələr qeyd edir ki, pilotsuz uçuş aparatlarının böyük hissəsi İranın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Digər itkilər isə ABŞ obyektlərinə endirilən raket zərbələri və əməliyyatlar zamanı baş verən qəzalar nəticəsində qeydə alınıb.
Konqres İnformasiya Xidmətinin hesabatına əsasən, İrana qarşı kampaniya dövründə ABŞ ordusunun ümumi itkiləri daha geniş miqyaslıdır:
- Ümumilikdə qırıcı təyyarələr, PUA-lar və tanker təyyarələri daxil olmaqla azı 42 hava vasitəsi sıradan çıxıb.
- Bu itkilərin ümumi dəyəri 2,6 milyard dollar təşkil edir.
Məlumatlarda vurğulanır ki, sözügedən itkilər ABŞ-nin regiondakı hərbi fəaliyyətinin gedişatına əhəmiyyətli dərəcədə təsir göstərib.