Operativ Məlumat Mərkəzi

Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB

2 dəq
Paylaş:
Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB
Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə "Operativ...

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir.

***

Dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər