Əsas məzmuna keç

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi elan etdi: myGov portalı ilə qeydiyyat necə aparılır? Valideynlər üçün üç seçim imkanı və qaydalar açıqlandı.

ru en

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbul prosesi portalı vasitəsilə elektron formada həyata keçirilir.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…