Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bir sıra əsas istiqamətlər üzrə tərəfdaşlığı dərinləşdirmək planları barədə paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Aİ Cənubi Qafqazın parlaq gələcəyinə - dinc və firavan gələcəyinə inanır. Biz bu gələcəyi qurmağa kömək etmək istəyirik. Mən həmçinin Aİ ilə Azərbaycan arasında ticarətdən nəqliyyata, energetikadan iqtisadiyyata qədər tərəfdaşlığı dərinləşdirmək üçün buradayam" , - o yazıb.
Qeyd edək ki, Ursula fon der Lyayen Azərbaycanda işgüzar səfərdədir.