Həftənin ilk iş günündə Bakı şəhərinin əsas yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq qeydə alınıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına əsasən, hazırda yollarda müşahidə olunan vəziyyət aşağıdakı kimidir:
- Bakı-Sumqayıt şosesi: "20 Yanvar" metro stansiyası istiqamətində;
- Binəqədi şosesi: "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- Heydər Əliyev prospekti: həm əsas, həm də köməkçi yolda mərkəz istiqamətində;
- 8 Noyabr prospekti: Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi: Ziya Bünyadov prospekti istiqamətində;
- 28 May və Dilarə Əliyeva küçələri: Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Tbilisi prospekti: "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Babək prospekti: mərkəz istiqamətində;
- "20 Yanvar" dairəsi;
- Həsən bəy Zərdabi küçəsi: "20 Yanvar" metro stansiyası istiqamətində.