Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın valyuta ehtiyatlarında tarixi rekord

2 dəq
Paylaş:
Azərbaycanın valyuta ehtiyatlarında tarixi rekord

Bu il iyunun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatı 88,4 milyard dollarına çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, onun sözlərinə görə, dünyada dövlət borcunun ümumi daxili məhsula () nisbətinin ən aşağı olan ölkələrdən biridir.

"Bu günə dövlət 24,1 milyard manat və proqnozlaşdırılan illik ÜDM-in 18,4 %-nə bərabərdir. 2025-ci ilin sonuna isə dövlət borcu 26 milyard manat və yaxud illik ÜDM-in 20,1 %-nə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 % bəndi azdır. Borc partfelimiz ilin sonuna 17,8 milyard manat daxili dövlət borcu, 8,2 milyard manat isə xarici dövlət borcundan ibarət olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinin həssaslığı bu dövr ərzində azalıb. İstiqrazlarımızın orta ödəmə müddəti il ərzində 2,2 dəfə artıb", - deyə nazir əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax