Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı baş tutub

1 dəq
Paylaş:
İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı baş tutub

İran Prezidenti Məsud aprelin 2-də İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.

İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax