Operativ Məlumat Mərkəzi

NATO–Azərbaycan münasibətləri möhkəm əsaslara söykənir

2 dəq
Paylaş:
NATO–Azərbaycan münasibətləri möhkəm əsaslara söykənir

NATO ilə arasında münasibətlər möhkəm və uzunmüddətli əsaslar üzərində qurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveç səfirliyinin NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 21–22 yanvar 2026-cı il tarixlərində Radmila Şekerinska Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, naziri , Milli Məclisin sədri və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan–NATO tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, həmçinin –Azərbaycan normallaşma prosesi və NATO-nun Qara dəniz regionunda sabitliyə dəstəyi kimi qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Radmila Şekerinska Azərbaycanın NATO ilə 30 ildən artıq davam edən tərəfdaşlığını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu əməkdaşlıq siyasi dialoq, hərbi qarşılıqlı fəaliyyət, müdafiə təhsili və digər praktiki sahələrdə uğurla inkişaf edir.

Bildirilib ki, səfər NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirlikləri qismində fəaliyyət göstərən Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bu xəbər haqqında:

AI Assistant

operativmm.az

Nümunələr