Almaniya Kansleri Fridrix Merts Ukraynanın 2027-ci il yanvarın 1-nə qədər Avropa İttifaqına (Aİ) daxil olmasını qeyri-mümkün hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Aİ-yə üzv olmaq istəyən hər bir ölkə Kopenhagen meyarlarına cavab verməlidir ki, bu da adətən bir neçə il vaxt aparır.
Eyni zamanda, kansler vurğulayıb ki, Ukrayna Aİ üzvlüyünə yol açan perspektivə malik olmalıdır.
"Biz Ukraynanı tədricən Avropa İttifaqına yaxınlaşdıra bilərik. Belə bir yol həmişə mümkündür, lakin tez bir zamanda üzvlük real deyil", - o bildirib.
Bundan başqa, Merts Ukrayna müharibəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların aparılmasına dair çağırışları rədd edib.
"Danışıqlar Ukrayna və Rusiya arasında aparılmalıdır. Biz burada vasitəçi kimi çıxış etmirik", - o deyib.