FHN texniki təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

FHN texniki təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib
03.05.2023 09:29
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik tələblərinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən bildirilib.

Qeyd edilib ki, bu çərçivədə həyata keçirilən tədbirlər zamanı bəzi işbazlar tərəfindən qanunvericiliyin, habelə texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması ilə həyətyanı sahələrdə, əhalinin sıx məskunlaşdığı yaşayış ərazilərində yanacaq çənlərinin yerləşdirilərək istismar edilməsi, yanacağın plastik qablarda satışının təşkili faktları aşkar olunur. Bu isə ciddi pozuntu olmaqla, orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi ilə insan həyatı və sağlamlığını real təhlükə ilə üz-üzə qoyur. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, “xüsusi icazə”si olmadan yanacaq çənlərinin istismar edilməsinin, o cümlədən plastik qablarda satışının qanunla qadağan olunduğunu xatırladır və vətəndaşlar tərəfindən belə faktlar aşkar olunduqda Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.

Həftənin ən çox oxunanları

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu