Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Makron Prezident İlham Əliyevə zəng edib

1 dəq
Paylaş:
Makron Prezident İlham Əliyevə zəng edib

Fransa Respublikasının Prezidenti Makron martın 8-də Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Xidməti məlumat yayıb.

Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.

Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

İlham Əliyev zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.

Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax