Ukraynaya növbəti humanitar yardım göndərilib - YENİLƏNİB

Ukraynaya növbəti humanitar yardım göndərilib - YENİLƏNİB
30.10.2023 12:18
Aa
dəq

Bu gün Ukraynaya göndərilən yardımın ümumi dəyəri 1,5 milyon manatdan çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Energetika Nazirliynin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.

Onun sözlərinə görə, bura digər xərclər - malların çatdırılması, ödəniləcək vergilər də daxildir.

"Yardım Ukrayna tərəfinin istəyi əsasında onların zəruri ehtiyac hiss elədiyi şəhərlərə göndərilir”, - deyə nazirlik rəsmisi qeyd edib.

***

Bu gün Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yardım "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin ərazisindən yola salınıb.

Prezident İlham Əliyevin 17 iyul 2023-cü il tarixli sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi yükə uzunluğu 555 min metrdən çox elektrik kabeli və naqili daxildir. 14 TIR-dan ibarət karvanın daşıdığı yük Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

Ukraynadan daxil olmuş müraciətlər əsasında təşkil olunan, ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissələrinin yaxın müddətdə yola salınması planlaşdırılır.

Ukraynaya bundan əvvəl də ölkəmiz elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib. Yaranmış böhranla əlaqədar Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur.

Həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Həftənin ən çox oxunanları

Müavinət, təqaüd, sosial yardım alanlara ŞAD XƏBƏR!

Müavinət, təqaüd, sosial yardım alanlara ŞAD XƏBƏR!
DAVAMIN OXU davamın oxu

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu