Azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb

Azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb
13.03.2024 11:32
Aa
dəq

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb və struktura daxil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir: “Vergi xidməti ölkənin bütün ərazilərində fəaliyyət göstərir. Bakı şəhərində mərkəzi aparatdan başqa, 7 idarəmiz var. Regionlarda isə 14 struktur bölmə fəaliyyət göstərir. Vergi orqanlarında xidmət xidmətin xüsusi növüdür. Xüsusi rütbə maaşlarına da yenidən baxılıb və bugünkü reallığa uyğunlaşdırılıb. Xüsusi rütbə verilməsi zamanı hər hansı pozuntulara yol verilməməsi üçün məhdudiyyətlər müəyyən edilib. Ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olarkən veriləcək”.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu