"Kəpəz" klubu Misli Premyer Liqasının XXV turunda "Qarabağ"la matçdan sonra baş verən insidentə görə cərimələnib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi müvafiq qərar çıxarıb.
Cəriməyə əsas səbəb oyundan sonra meydana kənar şəxslərin daxil olmasıdır. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6 500 manat məbləğində ziyana düşüb.
Xatırladaq ki, sözügedən qarşılaşmada "Kəpəz" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etmişdi.